Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:31

Venesuelada ölənlərin sayı 39-a çatıb


Venesuelada neftayırma zavodunda baş vermiş partlayışda ölənlərin sayı 39-a çatıb.

Bundan başqa 82 nəfər xəsarət alıb.

Onlardan 12-si xəstəxanaya götürülüb.

Partlayış nəticəsində həmçinin 200-dən çox yaşayış binası və 11 mağazaya xəsarət dəyib, 13 ailə evsiz qalıb.

Hadisə şənbə gününə keçən gücə Amuay şəhərinin yaxınlığındakı zavodda baş verib.

Energetika naziri Rafael Ramires partlayışın qaz sızmasından baş verdiyini deyir.

Prezident Ugo Chavez ölkədə 3 günlük matəm elan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG