Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:10

Azərbaycan bu il qızıl hasilatını 21% azaldıb


-
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 816.6 kq qızıl hasil edilib ki, bu da 2011-ci ilin analoji dövrünə nisbətən 20.6% azdır.

Bu haqda APA-ya Dövlət Statistika Komitəsindən bildiriblər.

Bununla yanaşı, hesabat dövründə ölkədə 412.5 kq gümüş hasil edilib ki, bu da ötən ilin yanvar-iyul aylarına nisbətən 50.5% azdır.

Azərbaycanda qızıl hasilatı Azərbaycan hökuməti ilə «R.V.Investment Group Services» şirkəti (Böyük Britaniya) arasında Gədəbəy, Qoşa, Ordubad qrupu, Söyüdlü, Qızılbulaq və Vejnəli perspektiv qızıl filiz yataqlarının işlənməsi haqda imzalanmış saziş əsasında aparılır.

2011-ci ilin sonunda Azərbaycan Mərkəzi Bankında saxlancda olan Azərbaycana məxsus qızılın miqdarı 16 512,9 troya unsiyasına (513.6 kq) bərabər olub.
XS
SM
MD
LG