Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:20

«Apple» məhkəmədə «Samsung»u uddu


Germany -- People line up in front of an Apple store as they await sales of the new iPad in Munich, 16Mar2012
Germany -- People line up in front of an Apple store as they await sales of the new iPad in Munich, 16Mar2012
-
Kaliforniya məhkəməsi Cənubi Koreyanın “Samsung” şirkətini 1 milyard 50 milyon dollar cərimə edib.

Məhkəmə Samsunqu “Apple” şirkətinin patent haqqını pozmaq və bu şirkətin ixtirasından qanunsuz istifadə etməkdə təqsirli bilib.

“Apple” şirkəti ilkin olaraq dəymiş ziyana görə, 2,5 milyard dollar tələb edirdi.

Bu, mobil sektorunda sürətlə inkişaf edən bu iki şirkət arasında ilk məhkəmə çəkişməsi deyil.

Hazırda bu şirkətlərin bir-birinə qarşı qaldırdığı başqa iddialar əsasında Böyük Britaniya,
Avstraliya və Cənubi Koreyada məhkəmələr gedir.

Söhbət əsasən texnologiya və innovasiya hüquqlarından gedir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG