Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:52

Yanukoviç Putinlə görüşür


Ukrayna prezidenti Viktor Yanukoviçin şənbə günü Rusiyaya işçi səfəri başlayıb.

Soçidə onun rusiyalı həmkarı Valdimir Putinlə görüşü nəzərdə tutulub.

Bu barədə Kremlin mətbuat xidməti xəbər verir.

Danışıqların mövzusu barədə məlumat verilmir.

Agentliklər hesab edir ki, görüşdə Rusiyanın Ukraynaya satdığı qazın qiyməti və

Ukraynanın Gömrük ittifaqı, Vahid iqtisadi zona və yaradılmaqda olan Avroasiya ittifaqına qoşulması məsələləri müzakirə oluna bilər.

Prezidentlərin sonuncu görüşü 15 gün əvvəl Yaltada olub.
XS
SM
MD
LG