Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:42

Azərbaycanda yaşı 7000 il olan abidə tapılıb


200 kv.m sahədə aparılan tədqiqat zamanı çiy kərpicdən tikilən ev, təsərrüfat quyuları və qəbir aşkar edilib

200 kv.m sahədə aparılan tədqiqat zamanı çiy kərpicdən tikilən ev, təsərrüfat quyuları və qəbir aşkar edilib

-
Ağdamda 7000 il yaşı olan yaşayış məskənində arxeoloji qazıntılar aparılır.

Alimlər bu abidənin erkən oturaq həyat tərzi barədə dəqiq məlumatlar verdiyini deyir. Tarixi abidə rayonun Eyvazlı kəndində İsmayılbəytəpə adlanan ərazidə tapılıb. 200 kv.m sahədə aparılan tədqiqat zamanı çiy kərpicdən tikilən ev, təsərrüfat quyuları və qəbir aşkar edilib. Videosu burada

Arxeoloji ekspedisiyanın rəhbəri Xəqani Alməmmədov deyir ki, bu yaşayış məskəninin yaşı 7000 ilə qədərdir.

«Bu yaşayış məskəninin sakinləri Qafqazın ən erkən oturaq maldar-əkinçi tayfalarıdır. Yəni, ilkin sivilizasiya məskənləri buralardır. Hələlik bir ailənin yaşadığı ərazidə tədqiqat aparılır. Alimlər hesab edir ki, bu yaşayış məskənində 50-yə qədər ailə yaşayıb. Abidədən tapılan maddi mədəniyyət nümunələri Qarabağdakı erkən oturaq əhalinin genetik və xronoloji mənsubiyyətini təyin etmək üçün əlavə məlumatlar verəcək».

Xəqani Alməmmədov burada 8 tikinti qalığı, 2 tikinti təbəqəsi aşkar etdiklərini deyir. Bunlar dairəvi, oval və düzbucaqlı evlər və təsərrüfat tikililəridir:

«Maraqlı iki tapıntımız olub. Bunlardan biri klemasiya olunmuş qəbirdir. İkinci tapıntı böyük küpdür, bunun diametri 1.2 metrdir. İndiyə qədər belə bir tapıntı Azərbaycan arxeologiyasında baş verməyib».

Ümumilikdə Qarabağın Azərbaycanın nəzarətində olan hissəsində 65 belə tarixi abidə var. İndiyə qədər onlardan yarısı dağıntıya məruz qalıb. İsmayılbəytəpə yaşayış məskənində arxeoloji qazıntılar başa çatdıqdan sonra arxeoloqlar abidənin üzərini su keçirməyən materialla örtmək niyyətindədir. Ancaq bu müvəqqəti xarakter daşıyacaq. Alimlər hesab edir ki, abidənin üzərini xüsusi avadanlıqla örtməklə, burada açıq hava muzeyi də yaratmaq olar. /ANS/

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG