Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:15

Hüquq müdafiəçisi nazir Ramil Usubovla Zərdab polisindəki ölüm faktını müzakirə edib


Elçin Behbudov

Elçin Behbudov

-
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov avqustun 25-də Daxili İşlər naziri Ramil Usubovla görüşüb.

Hüquq müdafiəçisinin AzadlıqRadiosuna verdiyi məlumata görə, görüşdə Arzu Hüseynovun Zərdab rayon Polis Şöbəsinin təcridxanasında ölməsi hadisəsi müzakirə olub:

«Hadisəni nazirin diqqətinə çatdırdım. Dedi ki, artıq bu işin araşdırılması mənim nəzarətimdədir. Bildirdi ki, bundan başqa rayon prokurorluğu da araşdırır, araşdırmalar bitəndən nəticələr barədə məlumat verəcəyik».

Avqustun 21-də Zərdab rayon Polis Şöbəsinin təcridxanasında saxlanılan Arzu Hüseynov vəfat edib. Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ucar rayon şöbəsinin ilkin rəyinə görə, məhbus ürək-damar çatışmazlığından ölüb.

Mərhumun atası Yusif Hüseynov isə oğlunun səhhətində heç bir problem olmadığını və oğlunun döyülərək öldürüldüyünü iddia edir.

Arzu Hüseynovun YouTube sosial şəbəkəsində görüntüləri yayılıb. Həmin görüntülərdə onun boynunda, qollarında və başında xəsarət izləri var.

Elçin Behbudov deyir ki, o, nazirlə görüşdə bəzi polis idarə və bölmələrindəki müvəqqəti saxlanma təcridxanalarında vəziyyətin yaxşı olmadığını onun diqqətinə çatdırıb:

«Dedim ki, bəzi rayonlarda müvəqqəti saxlanma təcridxanaları standartlara uyğun deyil. O, da mənə sxemləri göstərdi ki, yaxın vaxtlarda bir neçə rayonda müasir standartlara cavab verən polis şöbələri və müvəqqəti saxlanma təcridxanaları tikiləcək».

Günün bütün mövzuları

XS
SM
MD
LG