Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:25

İranda zəlzələ bölgəsinə yardım aparan 39 azərbaycanlıdan 10-u buraxılıb


-
İranın Şərqi Azərbaycan əyalətinə - zəlzələ bölgəsinə humanitar yardım apardığına görə 3 gün əvvəl tutulan 39 nəfər azərbaycanlı fəalın 10-u mülk girovu qarşılığında müvəqqəti azadlığa buraxılıb.

Bu barədə «Mediaforum» saytı məlumat yayıb.

Əksəriyyəti tələbə olan milli-siyasi fəalları hüquq-mühafizə qüvvələri və ETTELAAT əməkdaşları avqustun 21-də tutublar.

Humanitar yardım isə müsadirə edilərək «Sepah»ın bölgədəki qüvvələrinin anbarına yığılıb.

Azərbaycanlı fəalların hazırda ETTELAAT-ın Təbrizdəki təcridxanasında saxlandığı bildirilir.

Avqustun 11-də Şərqi Azərbaycan əyalətində baş vermiş 6.3 bal gücündə zəlzələdə 200-dən çox kənd tamamilə dağılıb. Rəsmi məlumata görə, 350 nəfərdən çox insan həlak olub, minlərlə adam ağır yaralanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG