Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:36

«Azərbaycan iqtidarı Macarıstanı «alır»


Mətbuat icmalı
Mətbuat icmalı
-
Azərbaycan Dövlət Neft Fondu Macarıstanın dövlət borclarının bir hissəsinin alınmasına dair danışıqlar aparır.

Bu haqda Macarıstanın «Figyelö» həftəliyinə istinadən «Yeni Müsavat» qəzeti yazır:

«Azərbaycan Macarıstanın dövlət istiqrazlarını 2-3 illiyə almaq niyətindədir, bu məqsədlə 2-3 milyard avro ayrılması nəzərədə tutulur. Məlumatın mənbəyi kimi Macarıstanın İqtisadiyyat Nazirliyindəki mənbə göstərilir».

Qəzet yazır ki, bu məsələdən həm Azərbaycan, həm də Macarıstan qazana bilər:

«Çünki bu sövdələşmə Azərbaycanın neftdən əldə etdiyi milyardlarla dollarlıq gəliri investisiya şəklində yatırmağa imkan verir. Eyni zamanda Macaraıstanın da investisiya mühiti təhlükəsiz hesab edilir. Macarıstan öz istiqrazlarının Azərbaycana satmaqla nümayiş etdirə bilər ki, o, xarici investorları cəlb edə bilər».

«Azadlıq» qəzeti yazır ki, «2012-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycanda avtomobil yollarının saxlanmasına ayrılmış vəsait də daxil olmaqla, ümumilikdə avtomobil yollarının inkişafına 855.4 milyon manat vəsait sərf olunub». Qəzet bu məlumatın Nəqliyyat Nazirliyindən APA-ya verildiyini
Bakı
Bakı
yazır.

Məlumatda qeyd olunur ki, hesabat dövründə 225.2 km yol təmir olunub və 6 körpü tikilib.

«Exo» qəzeti yazır ki, «Bakı, Gəncə, Sumqayıt, Lənkəran və Bərdə Azərbaycanın ən varlı şəhərləridir».

Qəzet ABŞ-ın Brukinqs İnstitutunun araşadırmalarına istinadə yazır ki, adambaşına düşən ümüm daxili məhsulun payına görə ən varlı şəhərlər ABŞ-da yerləşir:

«Dünyada ən varlı 10 şəhərin 6-sı ABŞ-da yerləşir».

«Azərbaycan» qəzeti yağış sularının axıdılması məqsədi ilə Bakının Yasamal rayonu ərazisində uzunluğu 1300 metr olan kollektor tikildiyini yazır. Qəzetə görə, bununla da həmin ərazidəki yağış suları dənizə axıdılacaq.

Vəfa Quluzadə
Vəfa Quluzadə
«İlham Əliyev Tehrana getməməlidir». Bunu «Ayna» qəzetinə sabiq dövlət müşaviri Vəfa Quluzadə deyib:

«İran açıq-aşkar düşmənçilik siyasəti nümayiş etdirir».
Vəfa Quluzadə buna misal kimi zəlzələ zonasına Azərbaycanın hümanitar yük aparmasına İranın icazə verməməsini və iki azərbaycanlı şairin həbsini göstərir.

«Yeni Azərbaycan» qəzeti Əbülfəz Elçibəyin Əli Kərimliyə heç vaxt rəğbət bəsləmədiyini yazır. Qəzet eks-prezident Əbülfəz Elçibəyin ölümü ilə bağlı açılan cinayət işinə toxunaraq radikal müxalifət bu araşdırmalardan bərk narahat olduğunu qeyd edir.

«Məhz bu narahatlıq onların məsələni siyasi müstəviyə transfer etmək cəhdlərini ortaya çıxarır», - deyə yazıda bildirilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG