Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 16:00
-
Bişkekdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin daxil olduğu Türkdilli Ölkələrin Əməkdaşlığı Birliyinin (Türk Birliyinin) bayrağı qəbul edilib.

Türkiyə Xarici İşlər naziri Ahmet Davutoğlu deyib ki, vahid bayraq üçün 4 dövlətin bayrağının hər birindən bir element götürülüb: Günəş Qırğızıstanın, ulduz Azərbaycanın, aypara Türkiyənin, rəng isə Qazaxıstanın bayrağından götürülüb:

«Biz birlikdə böyük uğurlar qazana bilərik. Yeni bayrağımız Avropa Birliyinin bayrağına bənzəyəcək və bütün respublikalar üçün milli bayraqla yanaşı məcburi olacaq».

Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Halil Akıncı isə söyləyib ki, Türkdilli Dövlətlərin Mədəni İrsi Fondu və baş ofisin Bakıda yerləşməsi planlaşdırılır:

«Bundan başqa, Astanada Türk Akademiyasının yanında Türkdilli Dövlətlər Muzeyi yaradılacaq. Bu məsələ ilə bağlı ümumi anlaşma var».

Bişkekdə Türkdilli Ölkələrin Əməkdaşlığı Birliyinin zirvə toplantısında Birliyin maliyyə qaydaları, Türk Akademiyasının və Türk Mədəniyyəti və Türk İrsinə Dəstək Fondunun yaradılması barədə də sazişlər imzalanıb. Ayrıca Bişkek bəyannaməsi də qəbul edilib.

Türkdilli Ölkələrin Əməkdaşlığı Birliyinin növbəti zirvə toplantısı 2013-cü ildə Bakıda keçiriləcək. /ANS/

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG