Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:00

Müxalifət partiyaları yenidən toplandılar


-
Avqustun 24-də 17 siyasi partiya müxalifətdaxili əməkdaşlıq perspektivlərini müzakirə etmək üçün yenidən toplanıblar.

Məlumatı APA yayıb.

Xəbərdə deyilir ki, görüşdə Yusif Bağırzadə (AMİP), Həsən Kərimov (AXCP), Əvəz Temirxan (ALP), ), Sülhəddin Əkbər (ACP), Qulamhüseyn Əlibəyli (Aydınlar Partiyası), Şakir Ulubəy (DBP), Taliyət Əliyev (ADP), Elşad Musayev (BAP), Əhməd Oruc (Azadlıq Partiyası), Mirmahmud Mirəlioğlu (KXCP), Mais Gülalıyev (Yaşıllar Partiyası), Fuad Əliyev (ALDP), Arif İsmayılbəyli (VHP), Bakir Həsənbəyli (Ümid), Hacıbaba Əzimov (VAMBP), Həsən Həsənov (Azad Azərbaycan Partiyası) və Tahir Abbaslı (Demokratik İslam Partiyası) iştirak ediblər.

Toplantıda demokratik seçki mühitinin formalaşdırılması üçün Seçki Məcəlləsinə əlavə və dəyişikliklər, demokratik müxalifətin inteqrasiya perspektivləri və digər məsələlər müzakirə olunub.

Sonda müxalifət qüvvələri arasında əməkdaşlığın daha da genişləndirilməsi və müzakirələrin davamlılığını təmin etmək məqsədilə Demokratik Qüvvələrin Məşvərət Məclisinin yaradılması qərara alınıb.

İştirakçılardan yalnız AXCP nümayəndəsi Həsən Kərimov səsvermədə iştirak etməyib. O, partiya daxili müzakirədən sonra mövqe bildirəcəklərini deyib.

Qərara alınıb ki, növbəti toplantıya qədər Məşvərət Məclisinin Əsasnaməsi hazırlansın və müzakirəyə çıxarılsın.

Müxalifətdaxili əməkdaşlıq perspektivlərini müzakirə etmək üçün ilk görüş avqustun 10-da keçirilib. Burda 10 partiya iştirak edib.
XS
SM
MD
LG