Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:17

Ali məktəblərin boş qalan yerlərinə və texnikumlara qəbulun nəticələri açıqlanıb


Azərbaycanda ali məktəblərin boş qalan yerlərinə və tam orta təhsil bazasında orta ixtisas müəssisələrinə keçirilən müsabiqənin nəticələri açıqlanıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadənin APA-ya verdiyi məlumata görə, müsabiqənin nəticələri artıq TQDK-nın rəsmi internet saytında yerləşdirilib.

Qeyd edək ki, müsabiqədə iştirak etmək üçün 12522 abituriyent sənəd verib. Onlardan 11413 nəfəri Azərbaycan, 1109 nəfəri isə rus bölməsinin abituriyentləridir. Bu il ali məktəblərdə 1924 plan yeri vakant qalmışdı. Bu il II ixtisas qrupunda qəbul planı 100 faiz yerinə yetirilib. I ixtisas qrupunda 799, III qrupda 510, IV qrupda 615 plan yeri boş qalıb.

Ali məktəblərin cari ildə ayrılmış 33918 plan yerinə 31994 abituriyent qəbul olub. Qəbul planı 94 faiz dolub.

Cari ildə 11 illik təhsil bazasından 54 orta ixtisas təhsili müəssisəsində 8727 plan yeri ayrılıb. Onlardan 7174-ü Azərbaycan bölməsi, 36 yer isə rus bölməsinin abituriyentləri üçün, 1517 plan yerinə isə Azərbaycan və rus bölməsinin abituriyentləri üçün birgə müsabiqə keçirilib.
XS
SM
MD
LG