Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:02

Əfsanəvi velosipedçi Armstrong dopinq ittihamlarına qarşı mübarizəsini dayandırır


Lance Armstrong bildirib ki, ona qarşı ədalətsiz ittihamlarla mübarizəyə daha taqəti yoxdur və mübarizəni dayandırır.

Peşəkarlar arasında dünya birinciliyi hesab olunan Tour de France velosiped yarışlarının rekord sayda - 7 dəfə qalibi olmuş Armstrong yazılı bəyanatında deyir ki, bundan sonra həyatını öz ailəsinə və xərçəng əleyhinə fonda həsr edəcək.

ABŞ-ın Anti-Dopinq agentliyi bildirir ki, Armstrong dopinqdən istifadə etdiyinə görə, onun bütün Tour De France qalibliyi mükafatları əlindən alınmalıdır və ona velosiped yarışlarında iştirak ömürlük qadağan olunmalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG