Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:58

Təhsil Nazirliyi yeni dərs ilinin nə vaxt başlayacağına aydınlıq gətirib


Təhsil Nazirliyi (TN) Azərbaycanın təhsil müəssisələrində yeni dərs ilinin nə vaxt başlayacağına aydınlıq gətirib.

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə APA-ya açıqlamasında bildirib ki, 15 sentyabr - Bilik Günü şənbə gününə düşdüyündən nazirliyə yeni dərs ilinin nə vaxt başlayacağı ilə bağlı çoxsaylı müraciətlər olur:

«Təhsil Nazirliyi rəsmi olaraq bildirir ki, 15 sentyabr ölkədə Bilik Günüdür. Həmin gün Azərbaycanın bütün məktəblərində bayram tədbirləri keçiriləcək. 15 sentyabr tədrisi 6 günlük olan məktəblərdə rəsmi dərs günüdür. Tədrisi 5 günlük olan məktəblərin hər birində də bayram tədbirləri keçirildiyi üçün bütün müəllimlərin və şagirdlərin məktəbdə olması zəruridir».

Günün bütün mövzuları

XS
SM
MD
LG