Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:34

Vanuatu sualı: Abxaziyanı tanımaq yoxsa yox?


Vanuatuda parlament binası
Vanuatuda parlament binası
Vanuatu Abxaziyanın müstəqiliyini tanıyacaqmı?
Soruşa bilərlər ki, Vanuatu nədir?

Vanuatu Sakit Okeanda balaca adadır və ölkədir.

Ancaq deyəsən, ya sual Vanuatu üçün çox çətindir ya da Vanuatuda nə qədər adam var, o qədər də fikir var.

Vanuatunun xarici işlər naziri deyir ki, Abxaziyanı tanıyacaqlar.

Ancaq Vanuatunun BMT-dəki missiyasının rəhbəri deyir ki, tanımaycaqlar.

Vanuatunun BMT-dəki səfiri isə deyir ki, o heç nəyə əmin deyil.

Vanuatunun çətinliyini başa düşmək olar. O, Rusiya ilə Qərb arasında qalıb.

Rusiya 2008-ci il avqustun 26-da Abxaziyanın müstəqiliyini tanıdı. Bununla da bunu tanıyan ilk dövlət oldu.

ABŞ, Avropa Birliyi isə Gürcüstanın ərazi bütövlüyünü tanıdıqlarını elan etdilər.

O vaxtdan bəri hər iki tərəf öz mövqeyinə tərəfdar axtarır və lobbiçilik intensivləşir. Hətta Vanuatu kimi kiçik ölkə də indi odla sua arasında qalıb.

Vanuatunun xarici işlər naziri Alfred Carlot hətta diplomatik kompromiss tapmaq istədi. O dedi ki, Vanuatu Abxaziyanı tanıyacaq, Cənubi Osetiyanı yox.

Onu da qeyd edək ki, Abxaziyanı tanıtmaq üçün Rusiya hətta Nauru və ya Tuvalu kimi adalara da təzyiq göstərir və mükafat boyun olur.

Kommersant qəzetinin yazdığına görə, Nauru Abxaziyanı tanıyandan sonra Rusiya Nauruya 50 milyon dollar kömək verib.

Eyni qayda ilə Nikaraqua Abxaziyanı tanıyanda Rusiyadan investisiya mükafatı aldı.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG