Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:28
Belarus Mərkəzi Seçki Komissiyası bildirir ki, qarşıdan gələn parlament seçkisində iştirak etmək üçün 362 namizəd qeydə alınıb.

110 deputatın seçiləcəyi parlament seçkisi bu ilin sentyabrın 23-də baş tutacaq.

Seçki Komissiyası deyib ki, 124 müraciət ərizəsi rədd edilib, 7 namizəd isə seçkidən uzaqlaşdırılıb.

Qeydiyyata alınmayanlar arasında aparıcı müxalif siyasətçi Aleksandr Milinkeviç də var.

Seçki rəsmilərinin dediyinə görə, Milinkeviçin öz tərəfdarlarından topladığı imzaların əksəriyyəti saxtadır və namizəd öz gəlirləri və əmlakı barədə düzgün informasiya verməyib.

Milinkeviç bu addımı siyasi adlandırıb və bununla bağlı məhkəməyə müraciət edəcəyini deyib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG