Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 09:51

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 2 vəzifəli əməkdaşı istefa verib


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) iki vəzifəli şəxsi tutduğu postdan istefa verib.

APA-nın məlumatına görə, bunlardan biri Aparat rəhbəri, Ümumi şöbənin müdiri Səfalı Nəzərli, digəri isə Xarici əlaqələr, nəşriyyat və redaksiya şöbəsinin müdiri Elçin Cabbarovdur. Hər iki şəxs öz ərizəsi ilə işdən uzaqlaşıb.

2007-ci ildən DQİDK-də çalışan Səfalı Nəzərlinin 63, Elçin Cabbarovun isə 59 yaşı var. E. Cabbarov həm də DQİDK-nin təsisçisi olduğu «Cəmiyyət və din» qəzetinin baş redaktoru olub.

Bu il mayın 31-də Hidayət Orucov DQİDK-nin sədri vəzifəsindən çıxarılıb, bu vəzifəyə Elşad İskəndərov təyin olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG