Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:39

Belarusda parlament seçkisinə 362 namizəd qeydə alınıb


Belarus Mərkəzi Seçki Komissiyası bildirir ki, qarşıdan gələn parlament seçkisində iştirak etmək üçün 362 namizəd qeydə alınıb.

110 deputatın seçiləcəyi parlament seçkisi bu ilin sentyabrın 23-də baş tutacaq.

Seçki Komissiyası deyib ki, 124 müraciət ərizəsi rədd edilib, 7 namizəd isə seçkidən uzaqlaşdırılıb.

Qeydiyyata alınmayanlar arasında aparıcı müxalif siyasətçi Aleksandr Milinkeviç də var.

Seçki rəsmilərinin dediyinə görə, Milinkeviçin öz tərəfdarlarından topladığı imzaların əksəriyyəti saxtadır və namizəd öz gəlirləri və əmlakı barədə düzgün informasiya verməyib.

Milinkeviç bu addımı siyasi adlandırır və bununla bağlı məhkəməyə müraciət edəcəyini deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG