Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:54

Qaddafi tərəfdarlarından 100-dən çox tank götürülüb


Liviya hökumət qüvvələri keçmiş rəhbər Muammar Qaddafiyə sadiq milis qüvvələrindən 100-dən çox tank və təxminnə 30 raket qurğusu ələ keçirib.

Rəsmi məlumata görə, təhlükəsizlik qüvvələri silahları paytaxtdan 60 kilometr aralıda Tarhunada qrupun düşərgəsində reyd zamanı tutub.

Daxili İşlər Nazirliyinin sözçüsü deyib ki, reyd zamanı bir nəfər öldürülüb, bir neçəsi də yaralanıb. 13 milis nümayəndəsi həbs edilib.

Avqustun 19-da iki insanın ölümünə səbəb olan partlayışda hökumət milisi günahlandırır.
XS
SM
MD
LG