Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:06

Suriya ordusu Hələbin bir neçə rayonunu ələ keçirib


Suriya ordusu tank, vertolyot və artileriya qüvvələrinin iştirakı ilə Dəməşq ətrafında hərbi əməliyyatları davam etdirir.

Onlarla adamın öldüyü xəbər verilir.

Hüquq müdafiəçiləri həmçinin Kafr Susa rayonunda keçirilmiş reyd zamanı onlarla fəalın həbs edildiyini xəbər verirlər.

Hələb şəhərində isə üsyançılar əsasən xristianların yaşadığı 3 rayondan çıxarılıb.

Rəsmi Dəməşq cümə axşamı Suriya üzrə yeni beynəlxalq elçi Lakhdar Brahimi ilə əməkdaşlığa hazır olduğunu bəyan edib.

Dəməşq hesab edir ki, ölkədəki zorakılıqların arxasında xaricdən dəstəklənən terrorçu qruplar durur.

1 ildən Çoxdur ki, Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi etiraz və toqquşmalar gedir.

Günün bütün mövzuları

XS
SM
MD
LG