Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:15

İsrailin yeni səfiri gələn həftə Bakıya gələcək


İsrailin Azərbaycana təyin olunmuş yeni səfiri Rafi Arpaz artıq gələn həftə Bakıya gələcək.

Bu barədə APA agentliyi xəbər verir.

Rafi Arpaz son 3 ildə İsrail XİN-in Afrika üzrə Birinci İqtisadi Departamentinin rəhbəri olub.

O 23 illik karyerası dövründə ABŞ, İsveç, İsveçrə və Fil Dişi Sahilində çalışıb.

Hazırkı səfir Mixail Lavon-Lotemin müddəti artıq başa çatıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG