Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 02:00

Rusiya ABŞ-dan Viktor Butun verilməsini istəyir


Rusiya Birləşmiş Ştatlardan Viktor Butun verilməsini istəyib.

Rusiyanın Xarici İşlər Nazirliyi Birləşmiş Ştatlara müraciət göndərərək onun cəzasının qalan hissəsini vətənində çəkməsini xahiş edib.

Bu barədə Rusiyanın Ədliyyə Nazirliyi məlumat yayıb.

Nyu-York məhkəməsi bu ilin aprelində onu 25 il azadlıqdan məhrum edib.

Rusiyalı iş adamı Viktor But ABŞ vətəndaşlarına qarşı sui-qəsd hazırlamaqda ittiham olunur.

Amma o ittihamı rədd edir.

45 yaşlı But dünyada ən böyük qanunsuz silah alverçilərindən biri hesab olunur.
XS
SM
MD
LG