Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:43

Qızını öldürən Nardaran sakini yaxalanıb


Qızını öldürmüş Nardaran sakini Faiq Əhmədov həbs edilib.

Bu barədə APA agentliyi Sabunçu rayon Polis İdarəsinə istinadla xəbər verir.

Qeyd edək ki, qətl hadisəsi avqustun 19-u gecə saatlarında Bakının Nardaran qəsəbəsində törədilib.

Araşdırma zamanı məlum olub ki, narkotik aludəçiləri olan Faiq Əhmədovla qızı Günel arasında mübahisə düşüb və qız atasına bıçaqla xəsarət yetirib.

Sonra isə atası qızını bıçaqlayaraq öldürüb və bıcaq xəsarəti ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına götürülüb.

Sonda o xəstəxanadan qaçsa da Nardaran qəsəbəsində polis tərəfindən yaxalanıb.
XS
SM
MD
LG