Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:46
"YENİ NİKAH QAYDALARI"

Britaniyalı alim Catherine Hakim “Yeni Nikah qaydaları: İnternet tanışlıq, Gizli oyunlar və Erotik güc” adlı kitabında “xoşniyyətli xəyanət” tövsiyyə edir və ingilislərə ailə həyatını fransızlardan öyrənməyi məsləhət görür.

Catherine Hakimin məsləhətləri ilk baxışdan heç də standart ailə səadəti reseptinə yun görünməsə də, yetərincə böyük müzakirə doğurub. Hakim hətta BBC4-də canlı yayımda fikirlərini əsaslandırmağa çalışıb.

Onun nəzəriyyəsinə görə, ən azından “xoşniyyətli xəyanət” adlandırdığı bəsit flirt ailənin dağılması və boşanmaların qarşısını ala bilər. Sosioloq iddia edir ki, ingilislər səhvləri, xəyanəti bağışlamamaqla boşanmaqdansa, fransızlar kimi bu münasibətlərə fərqli baxmağa, zaman-zaman bir-birlərinin xırda günahlarına göz yummağı öyrənməlidirlər.


"XOŞNİYYƏTLİ XƏYANƏTİN QAYDALARI"

“Yeni Nikah qaydaları: İnternet tanışlıq, Gizli oyunlar və Erotik güc” adlı kitab yazan Catherine Hakim deyir ki, bu zaman söhbət heç də nikahdan kənar uzun müddətli münasibətlərdən getməməlidir. Birincisi bu münasibətlərə aludəçilik, düşkünlük olmamalıdır, ikinci ön planda olmamalıdır, və 3-cüsü də həyat yoldaşından gizlilik prinsipi pozulmamalıdır. Hakim bu halda olayları xəyanət kimi yox, sadəcə münasibətləri daha canlı saxlamaq üçün bir yol olaraq görür.


"BUNUN PSİXOLOGİYADA İZAHI YOXDUR"

Ancaq Azərbaycanlı psixoloq Kənan Rəhimov deyir ki, heç Avropa və Qərbdə də bu nəzəriyyəni dəstəkləyənlər çox deyil, psixologiyanın özündə də buna haqq qazandırmaq olmur. O ki, qaldı Azərbaycanda.

“Bu ailə idealı ilə bağlı məsələdir. Əgər insanların ailə idelları bir-birinə uyğun gəlirsə, bu idelara qarşı olan istənilən hərəkət ideallara qarşı xəyanətdir. Azərbaycan ailə nümunəsində istər kişi, istər qadın tərəfindən həyat yoldaşına xəyanət elə “xəyanətdir”. Azərbaycan ailə modelində bu cür fikirlər mümkün deyil və bunun münasibətləri möhkəmləşdirməsi də mümkün deyil”.



BU FİKİRLƏR DAHA ÖNCƏ VAR İDİ

Əslində Britaniyalı sosioloqun indiki kitabı və fikirləri yeni deyil. 1960-cı illərdə seks və romantika haqqında inqilabi fikirləri ilə önə çıxan, Cosmopolitan jurnalının Amerika nəşrinin redaktoru Helen Gurley Brown da hələ o vaxtlarda bu cür fikirləri dəstəkləyirdi. İndi Britaniyada çap olunan kitab Brownun 90 yaşında dünyasını dəyişməsindən cəmi bir həftə sonraya təsadüf edib.

Həm Brown, həm də Hakim deyirdilər ki, bu cür nikahdan kənar münasibətlərin əsas məqsədi unudulmamalıdır və partnyora ziyan dəyməməsi qaydası əsas götürülməlidir.



"SEKS ÇATIŞMAZLIĞINDAN DOĞAN SAYIQLAMA"

Kənan Rəhimov bu cür fərziyyələri də əslində ailə içində xoşbəxt ola bilməyənlərin özləri üçün uydurduğu sayıqlamalar adlandırır və bunun birbaşa sekslə bağlı olduğunu deyir.

“Bu, əslində ailə münasibətlərində insanların xoşbəxt olması, bir-birini qane etməsi üçün cinsi münasibətlərin də aktual olduğunu göstərir. İnsanlar cinsi məsələlərə formal yanaşmaqla, “hər şey yaxşıdır” deməklə əslində öz mənliklərini qorumağa çalışırlar. Ona görə də, cinsi xəyanətlə bağlı bu cür insanlar müxtəlif xəyallar qurular, ideyalara inanırlar ki, guya başqaları ilə cinsi münasibətlər qururlarsa, bununla ailə münasibətləri möhkəmləşir”.

Catherine Hakim öz kitabında nəzəriyyəsini əsaslandırmaq üçün təkcə fransızları yox, həm də Yaponiyadakı Geyşa institutu və ya başqa mədəniyyətləri də misal çəkir və ingilislərə nümunə göstərir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG