Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:36

Elmar Məmmədyarov İsrail səfirini qəbul edib


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İsrail dövlətinin ölkəmizdəki səfiri Mixael Lavon-Lotemi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazir Elmar Məmmədyarov Azərbaycanla İsrail arasında mövcud münasibətlərin hazırkı durumunu yüksək qiymətləndirib və bu işdə verdiyi töhfəyə görə səfirə öz minnətdarlığını bildirib. Həmçinin Nazir Elmar Məmmədyarov Mixael Lavon-Lotemə gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.

Öz növbəsində səfir Azərbaycanda işlədiyi dövrdə İsrail ilə Azərbaycan arasında bir çox sahələrdə əməkdaşlığın inkişaf etdiyini söyləmiş və bu əməkdaşlığın daha da genişlənməsi və inkişaf etməsi üçün səylə çalışdığını qeyd edərək, faydalı əməkdaşlığa görə minnətdarlıq bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG