Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:50

Mübariz Qurbanlı: «Seçki komissiyaları tam müstəqildir»


«Müxalifətin seçki məcəlləsinə iradları növbəti seçkidə öz uğursuzluğunu sığortalamaq xarakteri daşıyır». Bu fikirləri yap.org.az saytına müsahibəsində YAP icra katibinin müavini, deputat Mübariz Qurbanlı deyib.

«Bu qanunvericilik əsasında biz gələn il də azad, ədalətli və demokratik seçkilər keçirməyə nail ola biləcəyik. Odur ki, müxalifəti təmsil edən siyasi partiyaların, təşkilatların seçki qanunvericiliyi ilə əlaqədar iradları və iddiaları əslində həmin təşkilatların növbəti seçkilərdə uğursuzluqlarını indidən sığortalamaq məqsədi daşıyan təbliğat xarakterli addımlardır».

YAP rəsmisi hesab edir ki, mövcud seçki məcəlləsi hazırlanarkən beynəlxalq qurumların tövsiyələri də nəzərə alındığından bu bütün siyasi partiyaların maraqlarını ifadə edən bir sənəddir.

«Seçki komissiyaları tam müstəqildir və onlar heç bir siyasi qüvvədən asılı vəziyyətdə deyil. Komissiyalar paritet əsaslarla parlamentdə çoxluq və azlığı təmsil edən partiyaların, eləcə də bitərəflərin nümayəndələrindən təşkil olunur. Eləcə də, dövlət normal seçkilərin keçirilməsi üçün bütün şəraiti yaradıb».

Vaxtaşırı seçki qanunvericiliyinə müvafiq dəyişiklər edildiyini və gələcəkdə də bu qanunvericiliyin təkmilləşdirilməsi yönündə müəyyən addımlar atıla biləcəyini deyən M. Qurbanlı hesab edir ki, sənədi köklü surətdə dəyişməyə ehtiyac yoxdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG