Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:48

Avropa liderləri Yunanıstandakı böhranı müzakirə edirlər


Almaniyanın kansleri Angela Merkellə Fransa prezidenti Francois Hollande bu gün
Yunanıstandakı borc böhranını müzakirə edəcəklər.

Həmçinin Angela Merkel cümə günü Yunanıstanın baş naziri Antonis Samarasla görüşəcək.

Antonis Samaras dünən həmçinin Afinada Lüksemburqun baş naziri və avrozona
ölkələrinin maliyyə nazirlərilə görüşüb.

O büdcə kəsirinin azaldılması ilə bağlı Yunanıstana verilmiş vaxtın 2 il uzadılmasına çalışır.

Razılaşmaya görə Yunanıstan 2015-ci ilədək büdcə xərclərini 11,5 milyard avro ixtisar etməlidir ki, elə həmin ilin sentyabrında növbəti beynəlxalq kredit ala bilsin.

Əks halda Afina defolt elan etməli və avrozonadan çıxmalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG