Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:21

BMT rəhbəri Ban Ki-Moon İrana gedəcək


BMT-nin baş katibi Ban Ki-Moon gələn həftə Tehrana gələcək. Onun İranda keçirilən qoşulmama hərəkatın üzv ölkələrin sammitdə iştirak edəcəyi gözlənir.

BMT-nin məlumatına görə, Ban Ki-Moon İranda ölkənin nüvə proqramı, terrorizm, insan hüquqları və Suriyadakı münaqişə ilə bağlı beynəlxalq ictimaiyyətin narahatlığını ifadə etmək imkanından yararlanacaq.

İsrail hesab edir ki, BMT rəhbəri İrana getməməlidir.

Ban Ki-Moon avqustun 29-31- tarixində Tehranda olacaq.

ABŞ da bu fikri bölüşür.

Qərb İranın nüvə silahı hazırlamasından şübhələnir. İran isə bu ittihamları rədd edir.
XS
SM
MD
LG