Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:36

Qərb Regional Futbol Federasiyasına yeni rəhbər seçilib


Yeni seçim federasiyanın 4 il ərzində gördüyü işlərlə bağlı keçirilən hesabat yığıncağında baş tutub.

Yığıncaqda əvvəlki Federasiya prezidenti Zahid Əsgərovun hesabatı dinlənilib. Konfrans iştirakçıları onun başçılıq etdiyi qurumun son 4 ildə işini qeyri-qənaətbəxş dəyərləndiriblər.

Səsvermədə prezident postuna 2 namizəd irəli sürülüb: Zahid Əsgərov və «Göyəzən» (Qazax) Futbol Klubunun vitse-prezidenti Mehdi Salmanov. Konfrans iştirakçıları M. Salmanova 7, Z. Əsgərova isə 3 səs veriblər.

Beləliklə, M. Salmanov Regional Futbol Federasiyasına prezident seçilib. Qurumun vitse-prezidenti vəzifəsinə isə Abbas Fərzəliyev seçilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG