Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:42
Bakı sakini Cahangir Rəsulov AzadlıqRadiosunun «Qaynar xətt»inə zəng edərək 11 yaşlı övladı Tariyelin beynində təcili cərrahiyyə əməliyyatı üçün vəsait tapa bilməməsindən şikayətlənib. Onun sözlərinə görə, pulsuzluqdan iki ildir ki, yerli həkimlərin müayinələri ilə kifayətlənməli olur.

«Yeganə övladımdır. Həyat yoldaşım 9 il əvvəl xəstəlikdən vəfat edib. İkinci qrup əliləm və övladımı tək böyüdürəm. İşləmək qabiliyyətim olsa da, iş tapa bilmirəm, əlil olduğuma görə mənə iş verən yoxdur. 52 manat əlillik pensiyası alıram. Tariyel ağır xəstədir. Burda bir neçə xəstəxanaya aparmışam, əksinə, şüaya verib xəstə uşağın vəziyyətini daha da ağırlaşdırıblar. İndi ya İrana, ya da Almaniyaya aparmaq lazımdır. Təkcə əməliyyat 15-20 min manat civarında pul tutur. 1 ildən artıqdır ki, gedirəm Səhiyyə Nazirliyinə, qayıdıb gəlirəm, dərdimi eşidən yoxdur».

Cahangir Rəsulovun sözlərinə görə, Tariyel 2 ildir ki, səhhətinə görə təhsildən də geri qalıb. Bundan başqa, beynindəki problem onun görmə və eşitmə qabiliyyətini də sıradan çıxarıb.

MÜRACİƏT OLMAYIB

Səhiyyə Nazirliyindən «Qaynar xətt»ə bildirilib ki, ölkə daxilində müalicəsi mümkün olmayanların xaricdə müalicə, yaxud əməliyyatla bağlı ərizələri Nazirliyin Vətəndaşları Respublikadan Kənar Müalicəyə Göndərən Komissiyasına göndərilir. Komissiya xəstənin xaricdə müalicəyə göndərilməsinə ehtiyac olub-olmadığını araşdırır. Nazirlikdən onu da bildiriblər ki, Cahangir Rəsulovun belə bir ərizəsi daxil olmayıb. Ola bilsin ki, o, nazirliyə şifahi müraciət edib. Əgər rəsmi müraciət olsa, komissiya onun ərizəsini araşdıracaq.

Hüquqşünas Famil Babayev də Cahangir Rəsulova övladının əməliyyatı ilə bağlı Səhiyyə Nazirliyinin Vətəndaşları Respublikadan Kənar Müalicəyə Göndərən Komissiyasına müraciət etməsini tövsiyə edir:

«Əgər komissiyanın qərarı ilə razılaşmasa, məhkəməyə müraciət edə bilər».

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG