Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:03

Çexiya rusiyalı casusların çoxluğundan təəccüblənib


Çexiyanın əks-kəşfiyyat xidməti ölkədə rusiyalı casusların çoxluğundan təəccüblənib. Bu barədə xidmətin 2011-ci illə bağlı hesabatında deyilir. Əks-kəşfiyyat xidməti bu hesabatı rəsmi saytlında yerləşdirib.

Hesabatda deyilir ki, Rusiya kəşfiyyatı Çexiyada işləyən yeganə xarici kəşfiyyat deyil, amma ölkə ərazisində ən fəal casus şəbəkəsi Rusiyanındır.

Çexiya əks-kəşfiyyat xidmətinin məlumatına görə, Rusiya casuslaı rusiyalı mühacirlərin, xüsusilə də qafqazlıları izləməyə xüsusi diqqət yetirir. Ancaq bu, 2011-ci ildə nisbətən azalıb.

Çexiya əks-kəşfiyyatı Rusiya casuslarının işini bələdiyyə və yerli hakimiyyət səviyyəsində pozuculuq fəaliyyəti kimi qiymətləndirib. Hesabatda deyilir ki, bu fəaliyyət regional siyasi kadrları - əsasən də hakimiyyətin yüksək dairələrini təhlükə altına alır.

Hesabatda göstərilib ki, Rusiya kəşfiyyatından başqa ölkədə Çin casusları da işləyir. Amma onlar Çexiya sakinləri üçün təhlükə yaratmır. Çexiya əks-kəşfiyyatının məlumatlına görə, Çin kəşfiyyatı əsasən elmi-texniki və iqtisadi casusluqla məşğul olur.

Günün bütün mövzuları

XS
SM
MD
LG