Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:14

Elçibəyin son xahişi, təmirdən sonra sökülən binalar və ...


Mətbuat icmalı
Mətbuat icmalı
-

1 İL ƏVVƏL TƏMİRİNƏ MİLYONLAR XƏRCLƏNƏN BİNANIN SÖKÜLMƏSİ


«Azadlıq» qəzeti Heydər Əliyev Mərkəzinə yaxın ərazidə yerləşən və bir il əvvəl təmirinə milyonlar xərclənən binanın söküldüyünü yazır. Qəzet söküntüyə bina sakinlərinin münasibətini öyrənib. Sakinlər söküntüyə etiraz etmədiklərini, onlara ev və ya yaxşı kompensasiya veriləcəyini deyiblər.

«Ola bilər mənzil sahibləri heç bir narazılıq etmədən ərazidən köçsünlər. Ancaq bu əsas vermir ki, milyonlarla manat havaya sovrulsun. Əgər belə plan var idisə niyə təmir-tikinti işləri görülürdü?», deyə qəzet yazır.

QIRĞIZISTANDA İLHAM ƏLİYEV HAQQINDA ÇIXAN KİTAB

«Azərbaycan» qəzeti Qırğızıstanda «Prezident İlham Əliyev» adlı 3 cildli kitabın təqdimatının keçiriləcəyini yazır. Rus dilində olan 3 cildlik kitabın Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi əsasında İlham Əliyevin apardığı daxili və xarici siyasətin təbliği məqsədi ilə nəşr olunduğu bildirilir.

ELÇİBƏYİN SONUNCU XAHİŞİ

«Elçibəyin sonuncu xahişi həmin İsa Qəmbərdən olmuşdu». «Yeni Azərbaycan» qəzeti Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun eks-prezident Əbülfəz Elçibəyin ölümü ilə bağlı səslənən fikirlərə münasibətini dərc edib.

«Elçibəyin hakimiyyətinin laxlamasının da, dağılmasının da, 1993-cü ildə hakimiyyətdən getməsinin də , Kələkidə dörd il qalmasının da əsas səbəbi ətrafında olan silahdaşları, o cümlədən İsa Qəmbər, Əli Kərimli və digərləridir».

Əli Həsənova görə, Elçibəyin İsa Qəmbərdən sonuncu xahişi 1998-ci ildə ona yenidən prezident seçkilərində iştirak etmək imkanı verilməsi ilə bağlı olub.

«Elçibəy İsa Qəmbərdən xahiş etmişdi ki, 1998-ci ilin seçkisi mənim prezident olmağım üçün sonuncu şansım, imkanımdır, ona görə də sən geri çəkil, mən prezidentliyə namizədliyimi verim. O zaman İsa Qəmbər Əbülfəz Elçibəyə güzəştə getmədi və onun qarşısında prezidentliyə namizədliyini irəli sürdü».

VƏKİL NARAHATLIĞI

«Yeni Müsavat» qəzeti AXCP sədri Əli Kərimlinin həbsdə olan qaynı Elnur Seyidovun həyatının təhlükədə olduğunu yazır. Vəkili Əshabəli Müstafayev isə MTN-də saxlanan «Texnikabank»ın keçmiş əməkdaşı Elnur Seyidovun müalicə alması üçün verilən vəsatətlərin qəbul olunmadığını deyir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG