Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:42

Azərbaycanda xəstəxanada intihar olub


Nəsimi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Bakıda Kliniki Tibbi Mərkəzdə qeydə alınıb.

Xəstəxanada müalicə alan, Quba rayon sakini, 1976-cı il təvəllüdlü Rafiq Tofiq oğlu Əbdürrəhmanovun xəstəxananın 4-cü korpusunun 5-ci mərtəbəsindən özünü atdığı bildirilir. O, aldığı xəsarətdən hadisə yerindəcə keçinib. İntiharlın səbəbləri hələlik məlum deyil.

Polisdən həmçinin bildirilib ki, R. Əbdürrəhmanov bir neçə gün əvvəl mədə-bağırsaq qanaxması ilə həmin xəstəxanaya daxil olub.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

Günün bütün mövzuları

XS
SM
MD
LG