Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:02

Tələbə adını qazanan şəxslərin qeydiyyatı başladı


Azərbaycan Dövlət İqtisad Universiteti

Azərbaycan Dövlət İqtisad Universiteti

Avqustun 23-dən 2012-2013-cü tədris ili üçün ali məktəblərə daxil olmuş şəxslərin daxil olduqları təhsil müəssisəsində qeydiyyatı başlayır.

Komissiyanın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qeydiyyat avqustun 31-də yekunlaşacaq.

Bu müddətdə tələbə adını qazananlar tələb olunan sənədləri təqdim etməklə daxil olduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər.

Həmin müddətdə qeydiyyatdan keçməmək tələbənin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali təhsil müəssisəsinə göndərilməyəcək.

Ali məktəblərin cari ildə ayrılmış 33918 plan yerinə 31994 abituriyent qəbul olub. Qəbul planı 94% dolub. hazırda ali məktəblərin boş qalmış plan yerlərinə yenidən ixtisas seçimi aparılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG