Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:26

Əfqanıstanda 2000-dən çox ABŞ əsgəri ölüb


Əfqanıstanda həlak olan ABŞ əsgərlərinin sayı 2000 nəfəri ötüb.

Onların çoxu son 27 ay ərzində həlak olub.

Əfqanıstan ordusu isə bu müharibədə 6500 nəfərdən çox itki verib.

BMT-nin məlumatına görə 2007-ci ildən bu yana isə ölkədə 1300-dən çox dinc sakin ölüb.

ABŞ qərargah rəisləri birləşmiş komitəsinin rəisi Martin Dempsey NATO və Əfqanıstan ordusunun komandirləri ilə bu məsələni müzakirə etmək üçün bazar ertəsi Kabilə gedib.

Son vaxtlar Əfqanıstanda yerli və xarici qüvvələrə hücumların artdığı müşahidə olunur.

Əfqanıstandakı NATO qüvvələri 2014-cü ilin sonunadək bu ölkəni tərk etməlidir.
XS
SM
MD
LG