Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:59

Zərdab polisində ölən məhbusun ölüm səbəbləri müəyyənləşdirilib


Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ucar rayon şöbəsini rəyinə görə, məhbus ürək-damar çatışmazlığından dünyasını dəyişib.

Bu barədə AzadlıqRadiosuna Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov məlumat verib. Onun sözlərinə görə, qəfildən halı pisləşən məhbus həkimlər gələnə kimi vəfat edib.

Avqustun 21-də Zərdab rayon Polis şöbəsinin müvəqqəti saxlanma təcridxanasında saxlanılan 1978-ci il təvəllüdlü Arzu Yusif oğlu Hüseynov vəfat edib.

Hüseynov barəsində Kürdəmir rayon Məhkəməsi həbs hökmü verib. O, Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi üzrə təqsirləndirilirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG