Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:32

«Azərsu» xəbərdarlıq edir


Avqustun 23-24-də Bakının mərkəzi hissəsində suyun verilməsində fasilələr olacaq. Fasilə Neftçilər Prospektində yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması ilə əlaqədardır.

«Azərsu»nun məlumatına görə, fasilələr Səbail rayonun Bayıl qəsəbəsi, Neftçilər prospekti, Zərifə Əliyeva, Üzeyir Hacıbəyov, Şövkət Ələkbərova, İstiqlaliyyət və Niyazi küçələrində olacaq.

«Azərsu» Neftçilər prospektində yol infrastrukturunun yenilənməsi ilə əlaqədar aparılan əsaslı təmir-tikinti işləri çərçivəsində bu ərazidən keçən magistral su və kanalizasiya xətlərinin dəyişdirilməsi işlərini yekunlaşdırıb.

«Azərsu» bu ərazidə 3246 metr metal borulardan ibarət yeni su xətti çəkildiyini bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG