Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:22
Hindistan milli bayrağını təhqir iddiası ilə məşhur film ulduzlarından biri Shah Rukh Khan barəsində polis istintaqa başlayıb.

Ölkənin qərbində yerləşən Pune şəhər polisi bildirib ki, istintaq yerli siyasətçi Ravi Brahmenin şikayəti əsasında aparılır.

YouTube-da yerləşdirilmiş bir videoda görünür ki, Khan üçrəngli Hindistan bayrağını tərsinə tutub.

Pune polisi araşdırma ilə bağlı Mumbay polisindən yardım istəyib. Mumbayda Hindistanın məşhur film sənayesi olan Bollywood yerləşir. Shah Rukh Khan Bollywoodda yaşayır.

Siyasətçi Brahme bugünlərdə oxşar şikayəti mumbaylı model gena Vashistə qarşı da qaldırıb. Siyasətçi modeli üstünə milli bayraq dizayn edilmiş bikini geyindiyinə görə təhqirdə ittiham edir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG