Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:34

Putinə sui-qəsddə şübhəli şəxs Gürcüstana sığına bilər


Rusiya prezidenti Vladimir Putinə sui-qəsddə şübhəli bilinən şəxs Adam Osmayev Gürcüstandan siyasi sığınacaq istəyə bilər. Bunu avqustun 22-də onun vətəndaş nikahında yaşadığı Amina Okuyeva Ukrayna Televiziyasına bildirib. O əlavə edib ki, Gürcüstan ərinin istəyini rədd etsə, o Finlandiyaya sığınacaq üçün müraciət edəcək.

Etnik baxımdan çeçen olan Adam Osmayev Ukraynanın Odessa şəhərində əldə düzəldilmiş bombanın mənzildə partlamasından sonra tutulub. Rusiya hakimiyyəti onun Rusiyaya ekstradisiya olunmasını istəyib. Bu arada isə Ukrayna rəsmiləri açıqlama veriblər ki, Strasburqdakı Avropa İnsan Haqları məhkəməsinin tələbini nəzərə alaraq Osmayevi Rusiyaya verməyəcəklər.

Günün bütün mövzuları

XS
SM
MD
LG