Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:10

Rusiya Ümumdünya Ticarət Təşkilatına üzv oldu


Uzun illərin danışıqlarından sonra Rusiya avqustun 22-də Ümumdünya Ticarət Təşkilatına rəsmən üzv qəbul edildi.

Bu rəsmi üzvlüklə Rusiya qlobal ticarət qaydaları və ticarət müqavilələri tətbiq edən orqana qoşulmuş 156-cı ölkəyə çevrildi.

Bu vaxta qədər Rusiya ÜTT-ə üzv olmayan ən böyük iqtisadiyyata malik ölkə idi.
Rusiyanın üzvlüyü hökumət və parlament palataları tərəfindən rəsmən təsdiqləndikdən 30 gün sonra rəsmiləşib.

Moskvanın üzvlüyünə baxmayaraq, ÜTT qaydaları Rusiya ilə ABŞ ticarət əlaqələri üçün hələ ki keçərli deyil. Birləşmiş Ştatlar Rusiyaya qarşı 1974-cü ilin Cekson-Venik Düzəlişini saxlamağa davam edir. Bu müddəa insan hüquqlarını məhdudlaşdıran dövlətlərə qarşı ticarət sanksiyalarının tətbiq edilməsini nəzərdə tutan ABŞ Ticarət Aktına edilən düzəlişdir.
XS
SM
MD
LG