Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:44

AXCP fəalının şikayəti təmin edilmədi


Avqustun 22-də Bakı Apellyasiya Məhkəməsi hazırda həbsdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin üzvü Şahin Həsənlinin apellyasiya şikayətini təmin etməyib.

O, vaxtından əvvəl azadlığa buraxılması haqda müraciətini rədd edən Qaradağ rayon məhkəməsinin qərarından apellyasiya şikayəti vermişdi.

Bu barədə AzadlıqRadiosunun Şahin Həsənlinin vəkili Əlayif Həsənov məlumat verib:

«Ümumiyyətlə Şahin Həsənli indiyə kimi ona edilən müraciətlərin heç birini qəbul etməyib, əfv ərizəsini də imzalamayıb. Buna görə də həm Şahin Həsənli, həm də mən bu qərarı gözləyirdik».

Şahin Həsənli İctimai Palatanın 2 aprel aksiyasından əvvəl yaşadığı Şəmkir rayonunda saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin qanunsuz olaraq odlu silah saxlamaqda ittiham olunur. O, 2 il müddətinə azadlıqdan məhrum edilib.
Onun həbs müddəti mart ayının sonunda başa çatır.

Günün bütün mövzuları

XS
SM
MD
LG