Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:33

Almaniya kansleri Moldovaya gedir


Avqustun 22-də Almaniya kansleri Angela Merkel Moldovanın Avropaya inteqrasiya istəklərinə dəstək əlaməti olaraq Kişinyova səfər edəcək. Merkel qərbyönlü koalisiyanın rəhbəri, baş nazir Vlad Filat və prezident Nicolae Timofti ilə görüşəcək.

Səfər zamanı Moldovanın Avropa Birliyi ilə əlaqələr istiqamətində cəhdləri, həmçinin Moldova və ondan ayrılmış Dnestryanı region arasında mübahisəli danışıqların cari vəziyyəti müzakirə olunacağı gözlənilir.

SSRİ-nin dağılması ərəfəsində - 1990-cı il sentyabrın 2-də Moldovanın Dnestr çayı sahilindəki rayonlar öz müstəqilliyini elan edib. Buna səbəb Kişinyovda radikal millətçilərin Moldovanın SSRİ-nin tərkibindən çıxıb, Rumıniya ilə birləşməli olduğunu bəyan etməsi olub. Tərəflər arasında 1992-ci ildə qısamüddətli müharibə baş verib. Rusiya ordusu müharibədə separatçılara dəstək verib.

ATƏT-in vasitəçiliyi ilə münaqişəni həll etmək səyləri uğursuz olub. Rusiya Dnestryanıda 1000 nəfərlik qoşun saxlayır.
XS
SM
MD
LG