Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:19

ATƏT qoşunların təmas xəttində monitorinq keçirəcək


Avqustun 23-də ATƏT qoşunların təmas xəttində monitorinq keçirəcək. Azərbaycan Müdafiə Nazirliyindən Ans Press-ə verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Ağdam rayonu Mirəşelli kəndinin yaxınlığındakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçisi Antal Herdiç və ofisin əlaqələndiricisi Piter Ki keçirəcəklər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, səhra köməkçisi Jiri Aberle və şəxsi köməkçi Uilyam Prayor keçirəcəklər.
XS
SM
MD
LG