Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:43

Dağdan yıxılmış əsgər vəfat edib


Avqustun 17-də Mərkəzi Hərbi Hospitala yerləşdirilən 24 yaşlı əsgər - Samir Məlik oğlu Adıgözəlov avqustun 21-də axşam vəfat edib.

Bu barədə AzadlıqRadiosuna Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Teymur Abdullayev məlumat verib.

Onun sözlərinə görə, Müdafiə Nazirliyinin Naxçıvanda yerləşən «N» saylı hərbi hissənin əsgəri avqustun 17-də ehtiyatsızlıq nəticəsində dağdan yıxılmışdı.

Faktla bağlı hərbi prokurorluqda araşdırma aparılır.

Samir Adıgözəlov Sumqayıt Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG