Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:13

ABŞ İranda zəlzədən zərər çəkənlərə yardım üçün maliyyə sanksiyasını yüngülləşdirir


ABŞ İranda 11 avqust zəlzələsindən zərər çəkənlərə yardım göndərməyi asanlaşdırmaq üçün müvəqqəti icazə verir və qoyulan maliyyə sanksiyasını yüngülləşdirir. ABŞ Maliyyə Nazirliyi bildirib ki, sırf zəlzələdən zərər çəkən yardım etmək üçün QHT-lərə İrana 300 min dollara qədər yardımlar etmək sərbəst olacaq, bundan daha böyük məbləğdə yardım üçün xüsusi icazə tələb olunacaq. Nazirlik xüsusi – yüngülləşdirilmiş icazə rejiminin oktyabrın 5-nə qədər qüvvədə olacağını bildirib.

Nazirlik bildirib ki, bu icazə ABŞ hökumətinin faciədən zərər çəkən İran xalqını dəstəkləmək öhdəliyinin göstəricisidir.

11 avqust zəlzələsində İranda azı 300 nəfər həlak olub, bir neçə kənd tamamilə dağılmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG