Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:46

Ali Məhkəmə Tymoshenkonun şikayəti ilə bağlı qərarı təxirə saldı


Ukrayna Ali Məhkəməsi eks- Baş nazir Yulia Tymoshenkonun apelyasiya şikayəti haqda qərarının verilməsini təxirə salıb. Hakim bu gün təxirə salmaq qərarını élan etsə də, konkret tarix açıqlamayıb.

Tymoshenkonun vəkilləri qərarın Sentyabrın ortasında verilməsini gözlədiklərini deyiblər.

Keçmiş Baş nazir Rusiyadan qaz alınması ilə bağlı danışıqlarda vəzifə səlahiyyətlərini aşmaqda və ölkəyə ziyan vurmaqda ittiham olunaraq 7 il həbs cəzası alıb.

Bu gün 2 minə yaxın Tymoshenko tərəfdarı onun azadlığa buraxılması tələbi ilə məhkəmə qarşısında aksiya keçirib.
XS
SM
MD
LG