Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:17

Dağ kəndinin yeni dövranı...


-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!

Şərq Qapısı 24 may. Sayı: 96(20.501)


ƏKİN KAMPANİYASI DAVAM EDİR

Naxçıvan şəhərinin Əliabad qəsəbəsi, Xətai məhəlləsi, Qaraxanbəyli, Qaraçuq, Bulqan, Tumbul, Hacıniyyət kəndlərinin torpaq mülkiyyətçiləri erkən yazdan sahələrə çıxmış, əkin kampaniyasına başlamışlar. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyindən aldığımız operativ məlumata görə, 310 hektar sahədə şum qaldırılmış, 250 hektar sahədə əkin aparılmışdır. Torpaq mülkiyyətçiləri bu sahələrin 86 hektarından yazlıq taxıl üçün istifadə etmişlər. Bu yaşayış sahələrinin məhsuldar və bərəkətli torpaq sahələrində digər bitkiçilik məhsullarının yetiştirilməsi də diqqət mərkəzində saxlanılmışdır. 50 hektar sahədə bostan, 17 hektarda tərəvəz, 3 hektarda kartof, 4 hektarda qarğıdalı, 4 hektarda dənli – paxlalı bitkilərin əkini keçirilmişdir. Əvvəlki illərdə olduğu kimi, cari ildə də çoxillik ot bitkilərinin əkininə önəm verilmiş, 85 hektar sahə bu məqsəd üçün ayrılmışdır. Əkin kampaniyası davam edir.

DAĞ KƏNDİNİN YENİ DÖVRANI

...Məlumat üçün bildirək ki, obyektin inşası Ordubad Rayon Tikinti Quraşdırma İdarəsinin kollektivinə həvalə olunub. Zirzəmi ilə birlikdə üç mərtəbədən ibarət olacaq binanın zirzəmisində hörgü işləri yekunlaşdırılıb. Burada çalışan inşaatçılara hərtərəfli iş şəraiti yaradılıb. Onların iş zamanı təhlükəsizliyinin təmin edilməsi üçün qabaqlayıcı tədbirlər həyata keçirilib. Adıçəkilən tikinti təşkilatının bir qrup inşaatçısı isə ikimərtəbəli nəzərdə tutulmuş kənd mərkəzinin binasının tikintisində çalışır. Hər iki obyektdə inşaat işləri sürətl\ə davam etdirilir. Qeyd edək ki, yaxın vaxtlarda Behrud kəndində həm də xidmət mərkəzinin tikintisinə başlanılacaq. Beləliklə, bu il muxtar respublikamızın kompleks quruculuq işləri aparılan müasir yaşayış məntəqələri sırasına Behrud kəndinin də adı yazılacaq.

DİGƏR MƏQALƏ BAŞLIQLARI:


- Naxçıvan Beynəlxalq Hava Limanı
- Pakistanın səfiri universitetdə olub
- Məktəb binası yenidən qurulur
XS
SM
MD
LG