Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:06

Qrup lideri olan Azərbaycan basketbolçuları növbəti oyuna çıxır


Sloveniyada keçiriləcək Basketbol üzrə 2013-cü ilin Avropa Çempionatının seçmə mərhələsində Azərbaycan yığması iyulun 21-də səfərdə 3-cü oyununa çıxır.

İsveçə qarşı oyun Bakı vaxtıyla saat 22.00-da başlayacaq.

BU günə qədər keçirilən ilk iki oyunda Azərbaycan səfərdə Luksemburqu 101-78, evdə isə Bolqarıstanı 88-73 hesabı ilə məğlub edib. Hazırda Azərbaycan basketbol yığması 5 komandalıq qrupda 4 xalla ilk sıradadır.

Seçmə mərhələdə qruplarda ilk 2 yeri tutan komandalar Avropa Çempionatının finalına çıxacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG