Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:44

Ruminiya prezidenti vəzifədə qaldı, impiçement qərarı ləğv edildi


Rumıniya Konstitusiya Məhkəməsinin qərarı Prezident Traian Basescunu impiçmenti ilə bağlı keçirilən səsvermənin qanunsuz olduğunu bildirib.

İyulun 6-da Rumıniya parlamenti prezidentə etimadsızlıq göstərmişdi. Rumıniyanın yeni solçu hökuməti və iqtidar partiyası prezidenti iqtisadi böhranla bağlı sərt qənaət tədbirləri paketini özbaşına qəbul etməkdə ittiham edirdi. Baş nazir Victor Ponta hökuməti prezidentə etimadsızlıq üçün iyulun 29-da referendum da keçirmişdi. Ancaq yetərsay 50 faizdən aşağı olmuş, üstəlik səsverməyə gələnlərin 90 faizi də prezidentə etimad göstərmişdi. Bundan sonra isə referendumun nəticələri məhkəməyə çıxarılmışdı.

Traian Basescu 2009-cu ildə ikinci dəfə prezident seçilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG