Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:41

Rusiya müxalifəti Moskvada icazəsiz mitinqə hazırlaşır


Moskva şəhər meriyası müxalifətin avqustun 31-də Triumfalnaya meydanında mitinq keçirməsinə icazə verməyib. 2009-cu ildən bəri müxalifətçilər hər il avqustun 31-də sərbəst toplaşmaq azadlığını dəstəkləyən belə bir mitinq keçirirdilər. Sərbəst toplaşmaq azadlığı Konstitusiyanın 31-ci maddəsində təmin edilməsini nəzərə alaraq.

Qeydiyyatdan keçməmiş Başqa Rusiya partiyasının sədri Eduard Limonov deyib ki, icazəsiz olsa da, onlar aksiyanı keçirəcəklər. Limonov şəhər meriyasına təklif edib ki, Triumfalnaya meydanını Londondakı Hayd Park kimi insanların fikirlərini azad ifadə elədiyi yerə çevirsinlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG