Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:35

Türkmənistanda çoxpartiyalı sistemə keçildi


Türkmənistanda ilk dəfə ikinci bir siyasi partiya yaradılıb. Sənayeçilər və İş adamları Partiyasının təsis qurultayı iyulun 21-də Ashgabatta olub. Paretiyasının sədri və İdarə Heyəti seçilib.

Bu ilin əvvəlində Türkmənistan prezidenti Gurbanguly Berdymukhamedov ölkədə 1991-ci ildən bəri ildən davam edən tək-partiyalı sistemə son qoymaq üçün yeni partiya yaratmaq barədə göstəriş vermişdi. Hələ sovet dövründən bu yana Türkmənistanda öncə Kommunist partiyası, müstəqillikdən sonra isə, o partiya əsasında yaradılan Türkmənistan Demokrat Partiyası idarə edib.

Partiyanın sədri öncə “ömürlük prezident” Saparmurat Niyazov olub. 2006-cı ildə onun ölümündən sonra isə yerinə Berdymukhamedov təyin edilib.

Türkmənistanda yeni parlament seçkiləri 2013-cü ildə keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG